14 C
Baku
22 Noyabr 2024, 7:00
Dünya

Rus balerinasına şok hökm – 12 il həbs cəzası

ABŞ-da yaşayan ikili vətəndaş Kseniya Karelina Rusiyada ailəsini ziyarət edərkən həbs edilib. Karelinanın həbsinə səbəb kimi Ukraynaya dəstək verən xeyriyyə təşkilatına 51,80 dollar bağışlaması olduğu öyrənilib.

ABŞ-da yaşayan 33 yaşlı rus balerina Kseniya Karelina Ukraynaya 51,80 dollar bağışladığı üçün vətənə xəyanətdə ittiham olunub. 10 ildir ABŞ-da yaşayan ikili vətəndaş Karelina ailəsi ilə görüşə getdiyi Rusiyanın Yekaterinburq şəhərində həbs edilib.

Sevgilisinin xəbərdarlığına baxmayaraq Rusiyaya getməyin təhlükəsiz olduğunu deyən Karelina hava limanına yenicə ayaq basarkən telefonu yoxlanılıb. Yekaterinburqda qapalı keçirilən iclasda ittihamı etiraf edən Karelina 12 il müddətinə azadlıqdan məhrum edilib. Sevgilisinə yazdığı məktubda Yekaterinburq təcridxanasındakı ağır şəraiti izah edən Karelina ona həftədə yalnız bir dəfə duş almağa icazə verildiyini və kamerasında isti suya çıxışı olmadığını bildirib.

O, həmçinin işıqların daim açıq olduğunu və yatmağı çətinləşdirdiyini söylədi. O, hər gün səhər 6-da oyandığını və axşam 22-də yatmalı olduğunu söylədi.

Mənbə:  TGRT

Aynur Camal

Oxşar xəbərlər

Tacikistan Türkiyə vətəndaşları üçün viza tətbiq etməyə başlayıb

Aynur Camal

Parisdə partlayış oldu! Yaralılar var

Bugün TV

Narkotik əməliyyatı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu