Baş xəbərDünya

Ukrayna Moskva və Sevastopola PUA göndərdi

Bugun.tv xəbər verir ki, Rus ordusu Zaporojyeyə hücum edib. Hücum zamanı 2 nəfər həyatını itirib, 7 nəfər yaralanıb. Rusiyanın hücumundan sonra Ukrayna Moskva və Sevastopola PUA göndərib. Rusiya hücum cəhdinin qarşısı alındığını açıqlayıb.

Rusiya Ukraynadakı mülki insanları hədəf almaqdan çəkinmədən hücumlarını davam etdirir. Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib ki, hücumdan sonra yanğın başlayıb və yanğınsöndürənlər işlərini davam etdiriblər.

Ukrayna prezidenti Vladimir Zelenski hücumla bağlı açıqlamasında Rusiyanın “müharibə cinayəti” törətdiyini vurğulayaraq, “Rus terrorçularına cavab əsgərlərimiz sayəsində veriləcək”,- deyə qeyd edib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu