25 C
Baku
8 Sentyabr 2025, 9:25
Baş xəbərDünya

Rus qüvvələri Voronej vilayətində antiterror tədbirləri həyata keçirir

Rusiya qüvvələri Voronej vilayətinin cənub-qərbində anti-terror əməliyyatı çərçivəsində lazımi əməliyyat və döyüş tədbirləri həyata keçirir.

Bugun.tv xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Qusev bildirib.

“Rusiya Silahlı Qüvvələri antiterror əməliyyatı çərçivəsində Voronej vilayətinin ərazisində lazımi əməliyyat və döyüş tədbirləri həyata keçirir. Mən sizi son hadisələrlə bağlı məlumatlandıracağam”, – o öz Telegram kanalında bildirib.

“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin Telegram kanalında bir müddət əvvəl ölkənin hərbi rəhbərlərinə qarşı ittihamların yer aldığı bir neçə audio yazı yerləşdirilib. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) silahlı qiyam çağırışı ilə bağlı cinayət işi açıb. FSB Vaqner döyüşçülərini Priqojinin əmrlərinə tabe olmamağa və onun saxlanılması üçün tədbirlər görməyə çağırıb.

Mənbə: TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

“Rusiya Polşadakı səfirlik məktəbinin ələ keçirilməsinə sərt cavab verəcək”

Nigar Məmmədova

Avtomobil hücumundan sonra Nyu Orleanda fövqəladə vəziyyət elan edildi

Aynur Camal

DEAŞ-ın qondarma lideri və iki nəfər yaxalandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu