Baş xəbərDünya

Rus qüvvələri Voronej vilayətində antiterror tədbirləri həyata keçirir

Rusiya qüvvələri Voronej vilayətinin cənub-qərbində anti-terror əməliyyatı çərçivəsində lazımi əməliyyat və döyüş tədbirləri həyata keçirir.

Bugun.tv xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Qusev bildirib.

“Rusiya Silahlı Qüvvələri antiterror əməliyyatı çərçivəsində Voronej vilayətinin ərazisində lazımi əməliyyat və döyüş tədbirləri həyata keçirir. Mən sizi son hadisələrlə bağlı məlumatlandıracağam”, – o öz Telegram kanalında bildirib.

“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin Telegram kanalında bir müddət əvvəl ölkənin hərbi rəhbərlərinə qarşı ittihamların yer aldığı bir neçə audio yazı yerləşdirilib. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) silahlı qiyam çağırışı ilə bağlı cinayət işi açıb. FSB Vaqner döyüşçülərini Priqojinin əmrlərinə tabe olmamağa və onun saxlanılması üçün tədbirlər görməyə çağırıb.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

Avropa bazarları İran müharibəsinin təsirindən sarsılır

Aynur Camal

ABŞ səfirliyi Riyadda dron hücumuna məruz qalıb

Aynur Camal

Türkiyə regiondakı münaqişə ilə bağlı diplomatik yollara çağırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu