ABŞ-ın Almaniyada uzaqmənzilli qanadlı raketlər yerləşdirmək qərarına cavab olaraq Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəzi bölgələrdə nüvə başlıqlı raketləri yerləşdirə biləcəklərini bəyan edib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın Almaniyada uzaqmənzilli qanadlı raketlər yerləşdirmə qərarına görə bəzi bölgələrdə nüvə başlıqlı raketlər yerləşdirə biləcəklərini istisna etmədiklərini açıqlayıb.
ABŞ-ın 2026-cı ildən etibarən Almaniyaya “Tomaqavk” uzaqmənzilli qanadlı raketlər yerləşdirmək qərarına gəlincə, Ryabkov ABŞ-ın nüvə raket tutumunu artırmaq üçün atacağı addımlara cavab verəcəklərini ifadə edərək, “Müxtəlif ssenarilərə, o cümlədən mənfi ssenarilərə hazır olmalıyıq” deyib.
ABŞ-ın Almaniyada uzaqmənzilli qanadlı raketlər yerləşdirmə qərarına cavab olaraq Rusiyanın bəzi bölgələrdə nüvə başlıqlı raketlər yerləşdirib-yerləşdirməyəcəyi ilə bağlı sualı cavablandıran Ryabkov, “Heç bir variantı istisna etmirəm” deyib.
“Bu, heç kim üçün təhlükə deyil. Bu, dəyişən çağırışlara cavab vermək üçün xərclər də daxil olmaqla, ən effektiv variantı tapmaq üsuludur”, – Ryabkov bildirib.
Qərb ölkələrinin müxtəlif bəhanələrlə gərginliyi artırdığını bildirən Ryabkov, “Bu, acınacaqlı bir vəziyyətdir, lakin bu, bizim hava hücumundan müdafiə zonamız da daxil olmaqla, Rusiya sərhədlərinin bütün perimetri boyunca təhlükəsizliyimizi təmin etmə vəzifələrini həll etməyə mane olmayacaq” dedi.
ABŞ və Almaniyanın iyulun 10-da verdiyi birgə bəyanata görə, 2026-cı ildən etibarən Almaniyaya “Tomahawk” qanadlı raketləri və digər uzaqmənzilli silahlar yerləşdiriləcək.
Mənbə: İLKHA