15 C
Baku
16 Aprel 2026, 13:50
Dünya

Rusiya ABŞ-ın sülh planını təsdiqləyir

ABŞ-ın Ukrayna böhranının həlli üçün hazırladığı 28 bəndlik sülh planı ilə bağlı Rusiyadan daha bir diqqətəlayiq açıqlama gəlib.

Kreml xarici siyasət müşaviri Yuri Uşakov ABŞ-ın Ukrayna böhranının həlli ilə bağlı Rusiyaya təqdim etdiyi sülh planının Alyaska sammitində əldə edilən razılaşmaya uyğun olduğunu bildirərək deyib: “Bizə çatdırılan planı bilirik. Bu, Alyaska Zirvəsində əldə edilən anlaşmaya uyğundur. Buna görə də, planın bir çox müddəaları bizim üçün uyğundur. Əlbəttə ki, hamısı deyil. Planın digər müddəaları tərəflər tərəfindən məsləhətləşməli və qiymətləndirilməlidir. Lakin bu məsələ hələ bizimlə müzakirə olunmayıb”.

“KİMƏ İNANACAĞIMI BİLMİRƏM”

Uşakov qeyd etdi ki, ABŞ dövlət katibi Marko Rubio İsveçrənin Cenevrə şəhərində Ukrayna tərəfi ilə sülh planı ilə bağlı aparılan danışıqlardan məmnun olduqlarını bildirib: “Planla bağlı çoxlu fərziyyələr var. Kimə inanacağımı bilmirəm. Biz gördüklərimizə və müvafiq kanallar vasitəsilə bizə çatdırılanlara inanırıq”.

Uşakov həmçinin Rusiya və ABŞ arasında planla bağlı danışıqların mümkünlüyünü müzakirə edərək dedi: “Biz inanırıq ki, amerikalılar üzbəüz danışıqlar üçün bizimlə əlaqə saxlayacaqlar. Bu baxımdan bəzi siqnallar var. Lakin Rusiya və Amerika nümayəndələri arasında görüş barədə hələlik razılıq yoxdur. Çünki Moskvaya kimin və nə vaxt gələcəyi ilə bağlı dəqiq bir təklif almamışıq”.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu