Bugun.tv xəbər verir ki, Rusiyanın RİA Novosti xəbər agentliyi ötən il Ukraynadakı Rusiya qoşunlarına da rəhbərlik edən Aerokosmik Qüvvələrin komandanı Sergey Surovikinin vəzifəsindən azad edildiyini açıqlayıb.
RİA Novosti-nin xəbərində 2022-ci ilin oktyabr-dekabr ayları arasında Ukraynada Rusiya qoşunlarına komandanlıq edən Hava-Kosmik Qüvvələrinin komandanı Sergey Surovikinin vəziyyəti ilə bağlı məlumatlar yer alıb.
Surovikinin Rusiya Aerokosmik Qüvvələri komandanlığından uzaqlaşdırıldığı bildirilən xəbərdə onun yerinə müvəqqəti olaraq Rusiya Aerokosmik Qüvvələrinin Baş Qərargah rəisi Viktor Əfzalovun təyin olunduğu qeyd edilib.
İyunun 24-də Vaqner muzdlu qruplaşmasının Rusiya administrasiyasına qarşı üsyanında Surovikin video yayımladı və Vaqneri silahı yerə qoymağa çağırdı.
İğtişaşdan sonra Rusiya mətbuatında çıxan bəzi xəbərlərdə Vaqnerin silahı yerə qoyması çağırışına baxmayaraq, Surovikinə qarşı istintaq başladıldığı və onun ev dustaqlığında saxlandığı iddia edildi.
