27 C
Baku
10 İyun 2025, 9:44
Baş xəbərDünya

Rusiya almazlarına sanksiya tətbiq edildi

Bugun.tv xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel sanksiyalardakı hüquqi boşluqları bağlayacaqlarını və Rusiya ilə almaz ticarətini məhdudlaşdıracaqlarını bildirib.

Mişel Yaponiyanın Xirosima şəhərində keçirilən G7 Liderlər Zirvəsi ərəfəsində mətbuata açıqlama verib.

“Biz Ukraynaya güclü hərbi, siyasi, humanitar və maliyyə dəstəyi verməyə davam edəcəyik”. Mişel bildirib ki, Aİ və onun üzvü olan ölkələr indiyədək Ukraynaya 70 milyard avrodan çox yardım edib.

AB-nin Rusiyanın qarşısını almaq üçün sanksiya paketləri ilə əhatəli addımlar atdığına diqqət çəkən Mişel, “Biz indi sanksiyalardakı hüquqi boşluqları aradan qaldırmağa fokuslanmışıq” deyib.

Rusiyanın kritik materiallara çıxışının qarşısını almağa davam etdiklərini izah edən Mişel, yeni tədbirlər görəcəklərinin vurğulayıb.

Mişel “Rusiya almazlarının ticarətini məhdudlaşdıracağıq” ifadəsini işlədərək bildirib ki, G7 sammitində Rusiyaya qarşı sanksiyaların nə üçün zəruri və əsaslı olduğunu açıqlayacaqlar.

Görüşdə Çin ilə əlaqələrin də müzakirə olunacağına diqqət çəkən Mişel, “Çin ilə sabit və konstruktiv bir əlaqə bizim qarşılıqlı maraqlarımıza uyğundur” deyib.

AB-nin öz dəyərlərini və maraqlarını qorumaqda qərarlı olduğuna işarə edən Mişel, “Ayrılmaq istəmirik, amma həddindən artıq asılılığımızı riski azaltmağa məcburuq”.

Mişel əlavə edib ki, onlar həmçinin Çinin ədalətsiz təcrübələrini aradan qaldırmalı və ticarət əlaqələrini yenidən balanslaşdırmalıdırlar.

Yaponiyanın baş naziri Kişida Fumionun ev sahibliyi etdiyi sammitdə ABŞ, Fransa, İngiltərə, Almaniya, Kanada və İtaliya liderləri iştirak edir.

Sammitə G7 ölkələri ilə yanaşı, Aİ, İndoneziya, Hindistan, Cənubi Koreya, Avstraliya və Vyetnam da dəvət olunub.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

4,5 bal gücündə zəlzələ baş verdi

Bugün TV

Prezident Kral Əlahəzrət III Çarlzı təbrik etdi

Bugün TV

Avropa liderlərinin fövqəladə Paris toplantısında əsəblər partladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu