12 C
Baku
28 Mart 2026, 22:12
Dünya

Rusiya American Express Bankın fəaliyyətini dayandırıb

Rusiya Mərkəzi Bankı American Express bankının fəaliyyət lisenziyasını ləğv edib.

Rusiya Mərkəzi Bankından edilən yazılı açıqlamada American Express-in könüllü ləğvetmə qərarı aldığı və bu səbəbdən bankın fəaliyyət lisenziyasının ləğv edildiyi bildirilib.

American Express, Ukraynadakı müharibədən sonra 2022-ci ilin martında Rusiyadakı fəaliyyətini dayandırdığını açıqlayıb.

Rusiya prezidenti Vladimir Putin may ayında imzaladığı fərmanla American Express-in könüllü ləğvinə icazə verib.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu