35 C
Baku
3 Sentyabr 2025, 14:01
Baş xəbərDünya

Rusiya atom elektrik stansiyasının “dünyanı radiasiyadan qoruyan sığınacağına” hücum etdi

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun Çernobıl Atom Elektrik Stansiyasının dağılmış 4-cü reaktorundan çıxan radiasiyadan “dünyanı qoruyan sığınacaq”a pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil etdiyini bildirib. Zelenski Telegram hesabında verdiyi yazılı açıqlamada Rusiya ordusunun Ukraynadakı Çernobıl Atom Elektrik Stansiyasında dağıdılmış 4-cü reaktoru qoruyan struktura hücum etdiyini bildirib.

Zelenski, “Rusiyanın güclü partlayıcı döyüş başlığına malik PUA-sı bu gecə Çernobıl Atom Elektrik Stansiyasının dağıdılmış 4-cü enerji blokundan dünyanı radiasiyadan qoruyan sığınacağa düşüb” deyib.

Amerika, Avropa və digər ölkələrlə sığınacaq tikdiklərini deyən Zelenski, “Dünyada belə obyektlərə hücum edə, nüvə stansiyalarının yerləşdiyi torpaqları işğal edə və nəticələrini düşünmədən münaqişəyə girə bilən yeganə dövlət Rusiyadır. Bu, bütün dünya üçün terror təhlükəsidir” kimi qiymətləndirmə etdi.

Hücumun baş verdiyi bölgədə yanğının baş verdiyini və hazırda bölgədə radiasiyanın artmadığını qeyd edən Zelenkiy, “İlkin hesablamalara görə, sığınacaqda böyük ziyan meydana gəldi” deyib.

Rusiyanın hər gecə Ukraynaya qarşı oxşar hücumlarını davam etdirdiyini deyən Zelenski, “Bu o deməkdir ki, (Rusiya Prezidenti Vladimir) Putin qətiliklə danışıqlara hazırlaşmır” fikrini bölüşüb.

26 aprel 1986-cı ildə Ukraynanın paytaxtı Kiyevdən təxminən 110 kilometr aralıda yerləşən Çernobıl Atom Elektrik Stansiyasında 4-cü reaktorda baş vermiş partlayış nəticəsində nüvə fəlakəti baş vermişdi.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Həkim xolesterol testindəki rəqəmlərdən qorxmamağa çağırdı

Aynur Camal

Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı

Aynur Camal

Diş fırçası stəkanlarında təhlükəli bakteriyalar haqqında məlumat verildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu