Rusiya İstanbulda Ukrayna taxılına dair danışıqların nəticəsi olaraq yüklərin daşınması müddəti üçün atəşkəsə razılaşıb.
BuGun TV xəbər verir ki , bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunur ki, Türkiyə BMT-nin dəstəyi ilə silah qaçaqmalçılığının qarşısnı almaq üçün daşımalarda iştirak edən gəmiləri yoxlayacaq.
Öz növbəsində, BMT baş katibinin nümayəndəsinin müavini Fərhan Haq vurğulayıb ki, BMT danışıqlardan sonra müsbət bəyanatlar gözləyir.
“Mən liderimi qabaqlamayacağam. Baş katib tezliklə sizinlə görüşəcək. Ancaq qeyd etmək lazımdır ki, biz bunun müsbət bir şey olduğuna inanırıq”, – o, danışıqların nəticəsi ilə bağlı sualı cavablandırarkən deyib.