Bugun.tv xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın keçmiş prezidenti Barak Obama da daxil olmaqla 500 ABŞ vətəndaşının sanksiya siyahısında olduğunu açıqlayıb. Nazirlikdən verilən açıqlamada ABŞ-ın dəfələrlə Rusiya rəsmiləri və vətəndaşlarına qarşı sanksiyalar tətbiq etdiyi bildirilib.
Sözügedən adların ABŞ-ın keçmiş prezidenti Obama, senat və konqres üzvləri, Rusiya haqqında yalan məlumat yaymaqda ittiham olunan ekspert və analitiklər, silah daşımaları səbəbiylə müdafiə sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərləri də daxil olmaqla siyasi məmurların Rusiyaya girişinin qadağan edildiyi bildirilib.
“Bizə qarşı hər hansı “düşmən” hərəkətinin cavabsız qalmayacaq”- Rusiya xarici işlər naziri Sergey Lavrov bəyanatda vurğulayıb. Daha əvvəllər də Amerika bizim rusiyalı jurnalistlərə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasını izləmək üçün viza verməmişdi.
Açıqlamada ABŞ-ın Moskvadakı səfirliyinin Rusiyada casusluq ittihamı ilə həbs edilən amerikalı jurnalistə baş çəkmə tələbinin rədd edildiyi də bildirilib.
Mənbə: TrtHaber