9 C
Baku
21 Dekabr 2025, 15:53
Dünya

Rusiya benzin və dizel ixrac qadağasını fevrala qədər uzatmağı nəzərdən keçirir

Rusiya hökuməti daxili yanacaq təchizatını qorumaq və qiymət sabitliyini təmin etmək üçün benzin və dizel yanacağının ixracına qoyulan müvəqqəti qadağanın müddətini fevral ayına qədər uzatmağı müzakirə edir. Rəsmi qərar hələ qəbul edilməyib, lakin energetika nazirliyi və dövlət rəsmiləri bu addımın ölkə daxilində yanacaqın daha əlçatan olması və kənd təsərrüfatı sektorunun tələbatını ödəmək üçün lazım olduğunu bildiriblər. Bu məhdudiyyət sentyabrda başlanmış və oktyabrda dizel də daxil olmaqla daha geniş yanacaq kateqoriyalarına şamil edilmişdi.

Nazirlər Kabinetinin müzakirələrində iştirak edən rəsmi şəxslər yanacaq tədarükünün “daha sabit” qaldığını, topdansatış qiymətlərinin kiçik səviyyədə aşağı düşdüyünü və kənd təsərrüfatı istehsalçılarına kifayət qədər yanacaq verildiyini qeyd ediblər. Lakin qadağanın uzadılması, hələ rəsmi təsdiqlənmədiyi üçün dəqiq təsirləri bu gün üçün proqnozlaşdırılmır.

Onu da qeyd edək ki, Rusiya kimi iri enerji ixracatçısının benzin və dizel satışını məhdudlaşdırması dünya bazarında təklif balansını poza, qiymət artımlarına və beynəlxalq enerji ticarətində risklərin yüksəlməsinə səbəb ola bilər.

Mənbə: Reuters.com

Aynur Camal

Oxşar xəbərlər

Dünyanı sarsıdan qırğın! Arvadından boşanan kişi avtomobilini camaatın arasına sürdü

Aynur Camal

İnnovativ çuğundur salatı

Aynur Camal

Rivaldo: “Messinin “PSJ”yə hörmətsizlik etməsini görmək üzücüdür”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu