18 C
Baku
10 Oktyabr 2025, 23:02
Dünya

Rusiya Çerniqov vilayətində təxribatlar hazırlayır?

Kəşfiyyat məlumatlarına görə, Rusiya yeni təxribatlar hazırlayır. Belə ki, Çerniqov vilayəti ilə sərhədin yaxınlığında hərbi texnikanın nişansız sütunları qeydə alınıb. Bu sütunlardakı əsgərlərin geyimləri Ukrayna Silahlı Qüvvələrinin uniformasına bənzəyir. Məqsəd ukraynalı müdafiəçiləri ərazi bütövlüyünü pozmaqda ittiham etməkdir.
Eyni zamanda, Çerniqov vilayəti ilə sərhəddə hərbi texnikanın sütunlarının hərəkəti müşahidə olunub.
Rusiya hərbçiləri Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalının ildönümündə mümkün təxribatlar hazırlayır.

Bugun.tv xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Şimal” Əməliyyat Komandanlığı məlumat yayıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

İsrail Müdafiə Nazirinin bəyanatı: “Bu müharibə vəziyyəti həmişəlik dəyişəcək”

Bugün TV

20 ildən sonra edam edilən ilk qadın!

Bugün TV

İsraildə aksiyalar davam edir

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu