25 C
Baku
20 İyul 2025, 8:41
DünyaSiyasət

Rusiya daha 1000 ukraynalı əsgərin cəsədini qaytardı

İstanbul razılaşmalarına əsasən, Ukrayna Silahlı Qüvvələrinin 1000 əsgərinin qalıqları Ukraynaya qaytarılıb, Rusiya isə 19 əsgərin qalıqlarını qəbul edib.

İyunun ortalarında Medinski Rusiyanın ümumilikdə 6060 Ukrayna Silahlı Qüvvələrinin zabit və əsgərinin qalıqlarını Ukraynaya qaytardığını və 78 rus əsgərinin qalıqlarını qəbul etdiklərini bildirib.

İstanbulda keçirilən danışıqlarda Rusiya və Ukrayna humanitar məsələlərlə bağlı razılığa gəliblər. Razılaşmada həlak olan əsgərlərin qalıqlarının Kiyevə təhvil verilməsi, ağır yaralıların və xəstələrin vətənə qaytarılması, yaşı 25-dən aşağı olan əsirlərin dəyişdirilməsi daxildir.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Bina çökdü: 2 nəfər öldü, 37 nəfər yaralandı

Bugün TV

Almaniyada daşqınlarla mübarizəyə 100 min işçi cəlb edildi

Teymur Əziz

“Yaranan siyasi böhranın davam etməsi gözlənilir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu