Bugun.tv xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Xidməti hücum nəticəsində 18 nəfərin yaralandığını, 2 uşağın isə hələ də dağıntılar altında qaldığını açıqlayıb.
“Dnepr kənarında raket hücumu iki ikimərtəbəli yaşayış binasını vurub və yanğına səbəb olub”, – Ukrayna Fövqəladə Hallar Xidmətinin bəyanatında deyilir. Ümumilikdə 10 kv.m sahədə birinci yanğın söndürülüb, ikinci yanğın isə 20 kv.m sahədə nəzarət altına alınıb. Xilasedicilər 3 kişi və 1 qadın olmaqla 4 nəfəri dağıntılar altından çıxarıblar. “İki uşağın hələ də dağıntılar altında olduğu güman edilir”, – məlumatda deyilib.
Ukrayna Prezidenti Vladimir Zelenski raket hücumu ilə bağlı açıqlama verib, “Ruslar Dneprə hücum etdilər. Onlar iki mərtəbəli iki yaşayış binasını vurublar. Təəssüf ki, dağıntılar altında qalan insanlar var. Bütün xidmətlər işləyir. Rusiya bir daha sübut etdi ki, terrorçu dövlətdir. Dövlətimizə və xalqımıza qarşı törədilən hər şeyə görə məsuliyyəti ruslar daşıyacaq”.
Mənbə: İLKHA