30 C
Baku
28 İyun 2025, 13:56
Baş xəbərDünya

Rusiya “Dnepr”i vurdu! Ukrayna reaksiya verdi: Ən azı 7 nəfər həyatını itirdi

Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinə raket hücumu təşkil etdiyi bildirilir. Ukrayna bildirib ki, ilkin məlumatlara görə, hücumda azı 7 nəfər ölüb, 70 nəfər yaralanıb.

Ukraynanın Dnepropetrovsk Hərbi Administrasiyasının rəhbəri Sergey Lisak Telegram hesabında yazıb ki, ruslar regionun Dnepr şəhərinə raket hücumu həyata keçirib.

Hücumda ilkin məlumatlara görə 7 nəfərin öldüyünü, 10-u uşaq olmaqla 70 nəfərin yaralandığını qeyd edən Lisak, “Sayı (ölən və yaralananlar) hələ dəqiqləşməkdədir. Təəssüf ki, bu hücumdan təsirlənənlərin sayı durmadan artır. Ancaq daha çox ola bilərdi” deyib.

Ukraynanın xarici işlər naziri Andriy Sybiha da X sosial media hesabında etdiyi paylaşımda Dneprə raket hücumuna reaksiya verib.

Hücum nəticəsində bir sərnişin qatarı və mülki infrastrukturun zərər gördüyünü bildirən Sybiha, “Adi bir sərnişin qatarı, məktəb və uşaq bağçaları, xəstəxana və klinika zərər gördü. Ölən və yaralananlar var” deyib. Rusiyaya təzyiqi artırmağa çağıran Sybiha, “Liderlər NATO Sammiti üçün Haaqada toplaşarkən, Rusiya terroru və sülhü rədd etmək mesajı verir. Müttəfiqlərin Moskvaya artan təzyiqləri etibarlılıq məsələsidir” deyib.

Digər tərəfdən, Ukrayna Silahlı Qüvvələrindən verilən yazılı açıqlamada, Rusiya ordusunun gecə saatlarında 97 pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynanın müxtəlif bölgələrinə hücum etdiyi bildirilib.

Açıqlamada Ukrayna ordusu tərəfindən 78 PUA-nın məhv edildiyi və ya yönləndirilərək təsirsiz hala salındığı qeyd edilib.

Ukraynanın Sumı Vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov Telegram hesabında gecə saatlarında həyata keçirilən hücumlar nəticəsində bölgədə biri uşaq olmaqla 3 nəfərin həlak olduğunu, 6 nəfərin yaralandığını bildirib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Putin “Teremok” restoranına baş çəkməyə söz verdi

Aynur Camal

ABŞ-dan Səda şəhərinə 2 hava hücumu!

Aynur Camal

Baxmutda Ukrayna batalyonunun 10 taktiki qrupu yerləşdirilib

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu