15 C
Baku
27 Oktyabr 2025, 7:12
Baş xəbərDünya

Rusiya: Donetskdəki Tarasovka qəsəbəsi bizim nəzarətimizə keçib

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətindəki Tarasovka qəsəbəsini nəzarətə götürdüklərini açıqlayıb.

Nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı yenilənmiş məlumatlar verilib.

Rusiya ordusunun Ukrayna cəbhəsində mövqelərini gücləndirdiyi vurğulanan bəyanatda Cənub Hərbi Qrupu bölmələrinin fəal hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Tarasovka qəsəbəsi azad edilib.

Açıqlamada son 24 saat ərzində 147 bölgədə Ukraynanın hərbi hava limanının infrastruktur elementlərinə, hərbi sənaye müəssisələrinə, pilotsuz uçuş aparatlarının (PUA) istehsal və saxlama mərkəzlərinə, Çexiya istehsalı olan “Vampir” reaktiv yaylım atəş sisteminin yerləşdiyi əraziyə, xarici hərbi qüvvələr və Ukrayna hərbi qüvvələrinin müvəqqəti yerləşdirilməsinə qarşı hücumlar həyata keçirildiyi vurğulanıb.

Rusiya Müdafiə Nazirliyi dünən Donetsk vilayətindəki Suhaya Balka qəsəbəsini ələ keçirdiklərini açıqlamışdı.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

1990-cı ildə Moskvada Soyuq Müharibə gərginliyindəki ərimənin simvolu olan – McDonald’s restoranlarını satmağa başlayıb.

Aynur Camal

Tərtər sakini həmkəndlisi tərəfindən bıçaqlandı

Nigar Məmmədova

Qırğızıstan Prezidenti Sadır Japarov ölkəmizdə rəsmi səfərdədir

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu