27 C
Baku
28 İyul 2025, 23:32
Siyasət

Rusiya Dövlət Duması Ukraynadakı muzdlularla bağlı Fransa parlamentinə müraciət edəcək – deputat

Bugun.tv xəbər verir ki, Rusiya Dövlət Dumasının növbəti plenar iclasında Ukraynadakı fransız muzdluları ilə bağlı Fransa parlamentinə müraciət etmək niyyətindədir. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin “Fransada muzdluluq qanunla qadağandır. Ona görə də Dövlət Dumasının deputatları bu məsələ ilə bağlı Fransa Milli Assambleyasına müraciət etməlidirlər. Onların qanun normalarını pozan kiminsə muzdlu əsgərlər göndərməsindən xəbəri olub-olmaması bizim üçün vacibdir. Ukraynada döyüşmək üçün. <…> Dövlət Dumasının növbəti plenar iclasında biz mütləq Fransa parlamentinə yuxarıda qeyd olunan suallarla müraciətə baxacağıq” deyə bildirib.

Rusiya Fransa münasibətlərinin tarixində müxtəlif mərhələlər var. Deputat “Vaxt var idi ki, bizim babalarımız və ulu babalarımız faşizmə qarşı birgə vuruşurdular. Amma bu gün məlum oldu ki, fransız muzdluları Ukraynadakı nasist rejimi üçün can verirlər. Fransa vətəndaşlarının və onların maraqlarını təmsil edən deputatların bundan xəbəri varmı?” deyə vurğulayıb.

Mənbə: tass

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Bəhruz Məhərrəmov Milli Məclisin deputatı

Aynur Camal

Qətər elan etdi: Dərman və yardım Qəzzaya girdi

Aynur Camal

Çin ABŞ-Tayvan ticarət danışıqlarına qəti şəkildə qarşıdır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu