Rusiya ABŞ və Almaniya arasında “Tomaqavk” qanadlı raketləri və digər uzaqmənzilli silahlarla bağlı razılaşmaya sərt reaksiya verib. Rusiya plana qarşı addım atacaqlarını bəyan edib. Verilən açıqlamalarda Rusiya iki ölkənin planlarını “ciddi təhlükə” kimi qiymətləndirib. Gərginliyin təfərrüatlarını təqdim edirik…
Ukraynaya hücumlarını davam etdirən Rusiya ilə ABŞ arasında gərginlik yenidən artıb. ABŞ-ın Almaniya ilə bağlı planı üzə çıxanda Rusiya açıqlama verib.
ABŞ və Almaniyanın Vaşinqtonda keçiriləcək NATO Sammiti öncəsi verdiyi ortaq açıqlamaya görə, 2026-cı ildən etibarən Almaniyaya “Tomaqavk” qanadlı raketləri və digər uzaq mənzilli silahlar yerləşdiriləcək.
ABŞ və Almaniyanın uzaqmənzilli silah layihəsinə Rusiyadan sərt reaksiya gəldi. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov verdiyi açıqlamada ABŞ-Almaniya birgə raket hərəkətini proqnozlaşdırdıqlarını və bunun Rusiyanı qorxutmaq üçün atıldığına inandıqlarını bildirib.
“Rusiyanın müvafiq dövlət qurumları tərəfindən cavab tədbirlərinin hazırlanması üçün lazımi iş çoxdan başlayıb və sistemli şəkildə aparılır”, – Ryabkov bildirib.
“İlk növbədə, biz bu yeni oyuna qəzəblənmədən və emosional olmadan hərbi cavab hazırlayacağıq”, – Ryabkov açıqlamasında bildirib.
Digər tərəfdən, Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın NATO hərbi alyansının hərəkətlərini öz milli təhlükəsizliyinə ciddi təhdid olaraq gördüyünü və raketlərə qarşı tədbir görəcəklərini bildirib.
Mənbə: TGRT