DünyaSiyasət

Rusiya işgəncələrə qarşı Avropa Konvensiyasından çıxır

Rusiya prezidenti Vladimir Putin ölkəsini İşgəncələrin qarşısının alınması üzrə Avropa Konvensiyasından çıxaran qanunu imzalayıb.

Putinin imzası ilə Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunan qanuna əsasən, Rusiya İşgəncələrin, Qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında 1987-ci il Avropa Konvensiyasından çıxdı.

Qanuna əsasən, Rusiya 1990-cı illərdə müqavilə çərçivəsində imzalanmış iki protokolu da ləğv edib.

Moskva hökuməti 2022-ci ilin martında Avropa Şurasına üzvlüyünə xitam verib və 2022-ci ilin sentyabrında Avropa İnsan Hüquqları Konvensiyasından (AİHM) çıxıb.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

İsrail-Livan gərginliyi: İsrail Hizbullah hədəflərinə hava zərbələri endirdi

Aynur Camal

“ABŞ-ın hazırkı marağı Xamenei sonrası mərhələdir”

Aynur Camal

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu