Rusiya prezidenti Vladimir Putin ölkəsini İşgəncələrin qarşısının alınması üzrə Avropa Konvensiyasından çıxaran qanunu imzalayıb.
Putinin imzası ilə Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunan qanuna əsasən, Rusiya İşgəncələrin, Qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında 1987-ci il Avropa Konvensiyasından çıxdı.
Qanuna əsasən, Rusiya 1990-cı illərdə müqavilə çərçivəsində imzalanmış iki protokolu da ləğv edib.
Moskva hökuməti 2022-ci ilin martında Avropa Şurasına üzvlüyünə xitam verib və 2022-ci ilin sentyabrında Avropa İnsan Hüquqları Konvensiyasından (AİHM) çıxıb.
Mənbə: HurriYet