Rusiya Kiyevə hava zərbələrini davam etdirir.
Ukrayna Fövqəladə Hallar Xidməti Rusiyanın bütün gecə ərzində paytaxt Kiyevə hava hücumu təşkil etdiyini açıqlayıb.
Son məlumatlara görə, hava hücumları nəticəsində 14 nəfər həyatını itirib. 40 nəfərin yaralandığı hücumlarda bir yaşayış binası da vurulub.
Hücum Rusiya istehsalı olan “Şəhid” tipli pilotsuz uçuş aparatları (PUA) və uzaqmənzilli raketlərlə həyata keçirilib. Yerli vaxtla səhər saatlarında baş verən hücumlarda paytaxt boyu çoxsaylı partlayışlar baş verib.
Xüsusilə bir yaşayış binasının birbaşa Şəhid tipli PUA ilə vurulduğu anın görüntüləri sosial şəbəkələrdə və rəsmi mənbələr tərəfindən paylaşılıb.
AXTARIŞ-Xilasetmə SƏYLƏRİ DAVAM EDİR
Ukrayna rəsmiləri hücumların hədəfində olan mülki infrastrukturun ciddi şəkildə zədələndiyini və bəzi insanların hələ də dağıntılar altında ola biləcəyini bildirib.
Axtarış-xilasetmə işləri hələ də davam etsə də, hadisə yerində fövqəladə hallar qruplarının intensiv şəkildə çalışdığı müşahidə edilir.
Mənbə: EnSonHaber