7 C
Baku
22 Fevral 2026, 2:34
Dünya

Rusiya: Kotlyarovkanı tutduq

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətində Kotlyarovka qəsəbəsini ələ keçirdiklərini açıqlayıb.

Nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı yenilənmiş məlumatlar paylaşılıb.

Rusiya ordusunun Ukrayna cəbhəsində mövqelərini möhkəmləndirməkdə davam etdiyi vurğulanan bəyanatda deyilir: “Mərkəzi Hərbi Qrup bölmələrinin fəal hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Kotlyarovka qəsəbəsi azad edilib” deyə bəyanatda vurğulanıb.

Açıqlamada bildirilir ki, son 24 saat ərzində 130 bölgədə Ukraynanın hərbi hava limanının infrastruktur elementlərinə, sursat istehsal və anbar sahələrinə, pilotsuz uçuş aparatlarının (PUA) anbarlarına və Ukrayna əsgərləri və xarici muzdluların müvəqqəti yerləşdiyi nöqtələrə hücumlar təşkil edilib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İsveçdən Ukrayna müdafiəsinə böyük hərbi dəstək paketi açıqlanıb

Aynur Camal

Trump‑un “Sülh Şurası” planı – Qəzza üçün maliyyə və tənqidlər

Aynur Camal

Cənubi Koreya sabiq prezidenti ictimai üzr istəyib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu