21 C
Baku
28 İyun 2025, 0:58
Baş xəbərDünya

Rusiya lideri Putin prezident Ərdoğana təşəkkür etdi

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sülh danışıqlarını davam etdirməyə hazır olduqlarını bildirib. Putin Türkiyənin vasitəçiliyi ilə İstanbulda aparılan danışıqlara görə prezident Ərdoğana təşəkkür edib.

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşüb. Putinin jurnalistlərin suallarını cavablandırdığı Türkiyə ilə bağlı açıqlamaları diqqət çəkib.

PREZİDENT ƏRDOĞANA TƏŞƏKKÜRLƏR

İstanbulda keçirilən sülh danışıqlarında Rusiya və Ukrayna liderlərini bir araya gətirmək üçün Türkiyənin göstərdiyi səylərə görə təşəkkürünü bildirən Vladimir Putin, “İstanbuldakı görüşlər və verilən fürsət üçün prezident Ərdoğana təşəkkür edirik. Prezident Ərdoğan və Xarici İşlər Naziri Hakan Fidan həqiqətən də həll yolu üçün çox çalışırlar” deyib.

Putin, “İstanbulda aparılan danışıqların nəticəsi ondan ibarətdir ki, bunun humanitar bir ölçüsü var. Prezident Ərdoğana təşəkkür edirik. Ukrayna ilə 2022-ci il üçün müqavilə hazırlandı. Sonra (qərblilər) dedi ki, Rusiya meydanda məğlub olmalıdır”.

Ukrayna ilə danışıqlar üçün AÇIQ QAPI

Ukrayna ilə danışıqları davam etdirməyə hazır olduqlarını bildirən Vladimir Putin, “Həll üçün görüşməyə hazırıq, lakin Ukrayna da buna hazır olmalıdır. Təmaslarımız davam edir, ünsiyyət var” deyə vurğulayıb.

Vladimir Putin ABŞ prezidenti Trampın müharibəni bitirmək üçün göstərdiyi səyləri də səmimi hesab etdiyini də bildirib.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Görkəmli Akademik, böyük alim, qayğıkeş ana, fədakar, sədaqətli ömür-gün yoldaşı – Zərifə Əliyeva

Nigar Məmmədova

“Qalatasaray” SOCAR-la sponsorluq müqaviləsi imzaladı

Teymur Əziz

Dünya liderlərindən Türkiyəyə başsağlığı mesajları

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu