18 C
Baku
23 Oktyabr 2025, 7:44
Baş xəbərHadisə

Rusiya: “Moskvanı hədəf alan pilotsuz uçuş aparatları vuruldu”

Bugun.tv xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi səhər tezdən Moskvanı hədəf alan ən azı üç pilotsuz təyyarənin vurulduğunu bildirib.

Açıqlamaya görə, hava hücumundan müdafiə sistemləri Moskva vilayətini əhatə edən Kaluqa və Tver vilayətləri üzərində iki, Moskva vilayətinin İstra rayonu üzərində isə paytaxta yaxın bir PUA-nı məhv edib.

Moskva meri Sergey Sobyanin dronların Moskvaya hücum etməyə çalışdığını və Kremldən təxminən 65 km şimal-qərbdə yerləşən İstra bölgəsində məişət xidmətləri obyektinin zədələndiyini bildirib.

Mer başqa yerlərdə dağıntı və tələfat olmadığını açıqlayıb. Sobyanin bildirib ki, Tver vilayətində PUA-nın qalıqları Zavidovo kəndinə düşüb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Yəmənin 5 şəhərinə hava zərbələri endirildi

Könül Kərimova

Qazaxıstan paytaxtında “Astana Finance Days 2025” forumu keçiriləcək

İntizar Əmirova

DEAŞ əməliyyatı zamanı 12 şübhəli yaxalandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu