Bugun.tv xəbər verir ki, hücumlar Lvov, Mukaçevo və Zaporojyedə qeydə alınıb. Mukaçevoda 12, Lvovda isə 1 nəfər yaralanıb. Ukraynada hava hücumu xəbərdarlığı ötən gecə düşmənin “Şahed” hücum PUA-larını işə salması ilə elan edilməyə başlanıb. Rusiya dronları Ukrayna hava məkanında müxtəlif istiqamətlərdə qeydə alınıb. Səhər saat üç radələrində Ukraynanı genişmiqyaslı həyəcan siqnalı bürüyüb. Rusiya tərəfi bir neçə “MiQ-31K” təyyarəsini havaya qaldırıb. Demək olar ki, dərhal “Kinjal” aeroballistik raketinin buraxılması manevrləri qeydə alınıb. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, əsas hədəf ölkənin qərb rayonları olub.
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri
