14 C
Baku
17 Fevral 2026, 14:37
Baş xəbərDünya

Rusiya nəzarət orqanı sosial mediada “Vaqner” qrupunu blokladı

Rusiyanın KİV-ə nəzarət orqanı Roskomnadzor silahlı iğtişaşda iştiraka çağırışların qarşısını almaq üçün “VKontakte” sosial şəbəkəsində “Vaqner” özəl hərbi şirkətinin hesablarına girişi bloklayıb.

Bugun.tv xəbər verir ki, bu barədə TASS-ın müxbiri məlumat yayıb.

O bildirib ki, “VKontakte” ilə yanaşı, “Odnoklassniki” sosial şəbəkəsindəki “Vaqner” hesabı da bloklanıb.

Xatırladaq ki, iyunun 23-də axşam saatlarında “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin Telegram kanalında onun birləşmələrinə zərbələr endirildiyini iddia edən və bununla bağlı ölkənin hərbi rəhbərliyini ittiham edən bir neçə səs yazısı yerləşdirib. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) silahlı qiyam çağırışı ilə bağlı cinayət işi açıb. FSB “Vaqner” döyüşçülərini Priqojinin əmrlərinə tabe olmamağa və onun saxlanılması üçün tədbirlər görməyə çağırıb.

Rusiya Müdafiə Nazirliyi Rusiya qüvvələrinin “Vaqner” özəl hərbi şirkətinin arxa düşərgələrinə zərbə endirməsi ilə bağlı yayılan xəbərləri yalan adlandırıb.

Rusiya prezidenti Vladimir Putin vətəndaşlara televiziya ilə müraciətində “Vaqner” özəl hərbi şirkətinin hərəkətlərini silahlı qiyam və xəyanət adlandırıb və üsyançılara qarşı sərt tədbirlərin görüləcəyinə əmin edib.

Bugün TV

Oxşar xəbərlər

Rusiya 400 dron və 20-dən çox raket atdı

Aynur Camal

Qəzzada çadırlar arasında Ramazan hazırlığı

Aynur Camal

Təbii qaz kəsintisi: 12 min ev təsirləndi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu