9 C
Baku
23 Dekabr 2024, 3:56
Dünya

Rusiya: NATO bizə qarşı müharibəyə hazırlaşır

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko NATO-nun Rusiyaya qarşı silahlı münaqişəyə hazırlaşdığını iddia edib.

Rusiya Xarici İşlər Nazirliyi açıqlamasında NATO-nun Rusiyaya qarşı müharibəyə hazırlaşdığını təsdiqləyib və Moskvanın hərbi planlaşdırmalarında bu riskləri nəzərə aldığını bildirib.

Xarici işlər nazirinin müavini Aleksandr Qruşko “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində deyib: “Rusiya daima birbaşa münaqişə siyasətini rədd edir, biz bu məsələdə öz hərbi imkanlarımızı göstərməkdən çəkinmirik” dedi.

“Bizim göndərdiyimiz mesajların digər tərəflər tərəfindən də qəbul edildiyini düşünürük” deyən Qruşko, “NATO-nun ümumi oriyentasiyası Rusiya üçün təhlükə yaradır və bu təhdid qlobal və regional təhlükəsizlik infrastrukturunu təhlükə altına alır” dedi.

NATO-nun Rusiyanı “ən mühüm və birbaşa təhdid” olaraq gördüyünü deyən Qruşko bildirib ki, Qərb Rusiyanın niyyətlərini aşağılayır, hərbi imkanlarını artırır və əməliyyat mühitinin bütün aspektlərində üstünlük əldə etməyə çalışır.

Rusiyalı siyasətçi qeyd edib ki, “Qərb qoşunları Rusiya sərhədlərinə yaxın bölgələrdə hərbi təlimlər keçirir və sürətli hərbi yerləşdirmə infrastrukturunu inkişaf etdirir”.

Qruşko son olaraq, “NATO Rusiya ilə silahlı münaqişəyə hazırlaşır. ABŞ və müttəfiqləri hərbi təhlükəsizliyin artırılması ilə bağlı təkliflərimizi rədd etdi. NATO-nun aqressiv davranışı və Rusiyanın birbaşa təhlükəsizliyini təhdid edən riskləri Rusiyanın hərbi inkişafı və müdafiəsində nəzərə alınacaq” planlaşdırır” deyib.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Suriya hərbçiləri İsrailin raket zərbəsini dəf etdi

Nigar Məmmədova

“Çin-Tayvan münaqişəsi bütün dünyaya təsir edəcək”

Aynur Camal

ABŞ-da bir ailə oğluna “ailəsini öldürməyi” təklif edən süni intellekt tətbiqinə qarşı iddia qaldırıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu