24 C
Baku
5 Sentyabr 2025, 5:12
Baş xəbərDünya

Rusiya neftini aldığı üçün Tramp Hindistana əlavə 25 faiz tarif tətbiq etdi

ABŞ Prezidenti Donald Tramp Rusiyadan neft aldığı üçün Hindistan məhsullarına əlavə 25 faizlik gömrük rüsumunun tətbiq edəcəyini açıqlayıb.

Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti bununla bağlı sərəncam imzalayıb. “Rusiya Federasiyasının neftini birbaşa və ya dolayı yolla idxal edən Hindistandan malların idxalına əlavə rüsumunun tətbiqinin zəruri və məqsədəuyğun olduğunu müəyyən edirəm”, – deyə Tramp bildirib.

Sərəncamın 21 gün sonra qüvvəyə minəcəyi deyilir. Bununla da, Hindistan məhsullarına ümumi tariflər 50 faizə yüksəlib.

Tramp bu sərəncamı Ağ evin yüksəksəviyyəli nümayəndəsi Stiv Vitkoffun Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşündən qısa müddət sonra imzalayıb.

Mənbə: AZƏRTAC

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Rusiyadan Google-a 3,8 milyon rubl cərimə

Aynur Camal

Psixoloq: “Uşaqlar smartfonlardan nəzarətsiz istifadə etməməlidir”

Aynur Camal

ABŞ Nigeriyadan pul oğurladı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu