Dünya

Rusiya nüvə silahı daşıya bilən “Yars” raketi ilə dünyanı hədələyir

Ukraynaya hücumlarını davam etdirən Rusiya nüvə gücünə malik qitələrarası ballistik “Yars” raketi ilə Qərbi hədələyib. Rusiya Müdafiə Nazirliyi “Yars” raketi ilə təlimlər keçirdiyini açıqlayıb.

Regional münaqişələrlə birlikdə III Dünya Müharibəsinin səsləri yenidən yüksələrkən Rusiyadan daha bir addım gəldi. Qərbi qorxudan Rusiya nüvə silahı ilə təlim keçirdi.

Rusiya Müdafiə Nazirliyi nüvə hücumu qabiliyyətinə malik qitələrarası ballistik “Yars” raketi ilə təlim keçirdiyini açıqlayıb.

Nazirlikdən verilən yazılı açıqlamada, daha əvvəl planlaşdırılan təlimin həyata keçirildiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, təlim çərçivəsində “Yars” mobil qurudan atılan raket kompleksləri ilə müxtəlif manevrlər həyata keçirilib. Rusiya Müdafiə Nazirliyi iyulun 5-də Yarsla təlimlər keçirdiyini bildirib.

Nüvə hücumu da həyata keçirə bilən və təxminən 12 min kilometr mənzilə sahib olan “Yars” raketinin müdafiə sistemləri tərəfindən aşkarlana bilmədiyi və eyni anda 3 ilə 6 arasında hədəfi vura bildiyi bildirilir.

Mənbə: TGRT

Kəmalə Sultan

Oxşar xəbərlər

Putin: Strateji nüvə qüvvələrimizi inkişaf etdirməyə davam edəcəyik

Aynur Camal

Lavrov və Cayşankar Nyu-Dehlidə strateji tərəfdaşlığı müzakirə ediblər

Aynur Camal

Yapon professorun 6 məşqi gündə 10 min addımı əvəz edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu