13 C
Baku
2 Dekabr 2025, 21:24
Siyasət

Rusiya nüvə sınaqlarına hazırlaşır: Qərblə yeni qarşıdurma mərhələsi

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında təhlükəsizlik qüvvələrinə və mülki xidmət orqanlarına nüvə silahı sınaqlarına hazırlaşmaq barədə göstəriş verib. Bu qərar beynəlxalq səviyyədə ciddi narahatlığa səbəb olub və yeni siyasi böhranın başlanğıcı kimi qiymətləndirilir.

Rusiya bu nüvə sınaqlarını ilk növbədə ABŞ-a qarşı güc nümayişi kimi həyata keçirməyə hazırlaşır. Kreml bununla Qərbə “Rusiya yenidən qlobal güc mərkəzidir və onunla hesablaşmaq lazımdır” mesajını vermək niyyətindədir.

Mövcud beynəlxalq nizamın deqradasiyaya uğraması və Rusiyanın artan hərbi ritorikası Vaşinqtonu da hərəkətə gətirib. ABŞ administrasiyası da cavab addımı olaraq nüvə sınaqları keçirməyə hazırlaşır. Beləliklə, iki nüvə gücünün qarşılıqlı “güc nümayişi” qlobal təhlükəsizlik sistemini daha da gərginləşdirir.

ABŞ Rusiyanın yenidən fövqəl dövlət statusu qazanmasına imkan verməyəcək və bu istiqamətdə preventiv addımlar atmaqda davam edəcək. Lakin V. Putinin Qərblə qarşıdurmadan geri çəkilməməsi ehtimalı həm beynəlxalq sabitliyə, həm də Rusiyanın daxili siyasi-iqtisadi vəziyyətinə mənfi təsir göstərəcək.

Rusiya prezidentinin əsas strateji planı Şərqi Avropanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı yenidən Rusiyanın orbitinə qaytarmaqdır. Amma, beynəlxalq siyasi konyuktura və dəyişən geosiyasi nizam Rusiyanın bu planın reallaşdırılmasının üstündən xətt çəkir. Rusiyanın qalib gəlmək şansı yoxdur. Növbəti mərhələdə Rusiyanın daxilində narazılıq və federasiya tərkibində respublikaların mərkəzdən qaçma siyasəti mümkündür.

Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə

Aynur Camal

Oxşar xəbərlər

“14 iyul – Azərbaycançılıq strategiyasının əsası qoyulduğu gün”

Aynur Camal

Azərbaycanın işğaldan azad edilmiş Füzuli rayonunda mina partlaması olub

Bugün TV

Münaqişə bitməsə, Rusiyaya qarşı sanksiyalar davam edəcək

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu