Bugun.tv xəbər verir ki, Rusiyanın gecə saatlarında Ukraynanın Odessa vilayətindəki liman infrastrukturuna pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyi açıqlanıb. Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən bölgədə Rusiyaya məxsus 22 İHA-nın məhv edildiyini bildirən Kiper, “Limanın infrastrukturuna da zərbə endirilib. Limanın 2 mülki işçisi yaralanaraq xəstəxanaya aparılıb” deyib. Rusiyanın gecə saatlarında Odessa bölgəsinə edilən hücumda 25 İHA-dan istifadə etdiyi bildirilib.
Müxbir: Şəms Elnurqızı