Image default
Dünyaİqtisadiyyat

Rusiya ölkənin inkişafı istiqamətində yeni addımlar atacaq

“Rusiya hökuməti may ayına qədər ölkənin inkişafının altı əsas istiqaməti üzrə təkliflər hazırlamalıdır”.

Bugun.tv xəbər verir ki, bunu prezident Vladimir Putin deyib.

“Əminəm ki, qeyd etdiyim altı inkişaf sahəsi üzrə yeni layihələr həyata keçiriləcək. İstərdim ki, onların xüsusi parametrləri bu ilin may ayında təqdim edilsin”, – Putin qeyd edib.

Qeyd edək ki, Rusiya prezidenti ötən ilin dekabrında strateji inkişaf və milli layihələr üzrə şuranın iclasında 2023-cü il üçün altı əsas vəzifə qoyub. Bunlara xarici tərəfdaşlarla əməkdaşlığın yeni səviyyəyə çıxarılması, texnologiyanın gücləndirilməsi və maliyyə suverenliyinin təmin edilməsi, infrastrukturun inkişafı, yoxsulluğun azaldılması və demoqrafik vəziyyətin dəyişdirilməsi daxildir.

Mənbə:TASS

Bugün TV

Oxşar xəbərlər

Şərqi Afrikada quraqlıqdan zərər çəkən milyonlarla insan üçün yeni beynəlxalq yardım proqramı başladıldı

Aynur Camal

Hindistan elektronika istehsalını artırmaq üçün bəzi komponentlərin idxal rüsumlarını ləğv etdi

Aynur Camal

İngiltərə və Uelsdə oğlan uşaqlarına ən çox verilən ad ardıcıl üçüncü dəfə Məhəmməd oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu