6 C
Baku
29 Yanvar 2026, 6:22
Baş xəbərHadisə

Rusiya ordusu ölkənin şimal-şərqində təlimlərə başladı

Bugun.tv xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi ölkənin şimal-şərqində “Finval-2023” adlı hərbi təlimin başladığını açıqlayıb.

Nazirlikdən verilən açıqlamada Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı Nikolay Yevmenovun komandanlığı altında keçirilən təlimin Şimal dənizi yolunun qorunması məqsədi daşıdığı qeyd edilib.

Açıqlamada taktiki təlimin Berinq dənizində, Çukotka sahilləri və yarımadada keçirildiyi, təxminən 10 min hərbçinin və 50-dən çox hərbi texnikanın, o cümlədən gəmilər, sualtı qayıqlar, təyyarələr, Manevtə vertolyotlar və sahil raket sistemləri qatılıb.

“Təlimlərin bütün hissələri müdafiə xarakterlidir və Rusiyanın şimal-şərq sərhədlərində əməliyyatlar üçün qüvvələr və qoşunların hazırlığının təkmilləşdirilməsinə yönəlib”, – deyə məlumatda bildirilir.

“Finval-2023” təliminin nə vaxt başa çatacağı ilə bağlı məlumat verilməyib.

Bugün TV

Oxşar xəbərlər

Kristin qasırğası təhsili və nəqliyyatı iflic etdi

Aynur Camal

Zəncəfilin sağlamlığa faydaları və istifadəsində diqqət edilməli məqamlar

Aynur Camal

İlham Əliyev sərəncam imzaladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu