Rusiya ordusu gecə saatlarından etibarən 20-dən çox qanadlı raket və 2 pilotsuz uçuş aparatı ilə paytaxt Kiyev və Ukraynanın digər bölgələrini hədəf alıb.
Bugun.tv xəbər verir ki, bu barədə Kiyev şəhər administrasiyasından bildirilib.
Bildirilib ki, vurulan raketlərin hissələri və pilotsuz uçuş aparatları bir məhəllədə elektrik xətlərini və yola ziyan vurub, itki yoxdur.
***
Ukrayna polisinin verdiyi açıqlamaya görə, Rusiya ordusu paytaxt Kiyevdən təxminən 215 kilometr cənubda yerləşən Uman şəhərində 9 mərtəbəli binanı iki qanadlı raketlə vurub.
Əraziyə xilasedici və tibbi qruplar göndərilib. Hücum nəticəsində ən azı 6 nəfərin öldüyü bildirilib. Binaya külli miqdarda ziyan dəyib.
***
Dnepropetrovsk vilayətinin qubernatoru Serhii Lısak Rusiyanın şərqindəki Dnepr şəhərini hədəf alan hücumda 31 yaşlı qadın və 2 yaşlı qızının öldüyünü, 4 nəfərin yaralandığını açıqlayıb.
Hücum zamanı evlərə və iş yerlərinə də ziyan dəyib.
Mənbə: TRT haber
