7 C
Baku
21 Dekabr 2025, 3:19
Digər

Rusiya ordusunun Xarkovda yaşayış məntəqəsinə raket zərbələri nəticəsində beş nəfər həlak oldu

Bugun.tv bu barədə Ukrayna Baş Prokurorluğunun “Telegram” kanalına istinadla xəbər verir. Prokurorluğun məlumatına görə, avqustun 17-də saat 22:50 radələrində rus qoşunları Xarkov sənaye məhəlləsinə raket zərbəsi endirib. Raket çoxmərtəbəli yaşayış binasının yaxınlığında düşüb və bu, 13 yaşlı qız da daxil olmaqla 11 mülki şəxsdə kəskin stres reaksiyasına səbəb olub. İlkin məlumata görə, “İskander” raketindən istifadə olunduğu müəyyən edilib. Ertəsi gün, avqustun 18-də səhər saat 5:00 radələrində beş pilotsuz uçuş aparatı həmin ərazidəki yaşayış binasına hücum edib. Zərbə nəticəsində döşəməarası tavanlar qismən uçub, 5 nəfər, o cümlədən 1,5 yaşlı uşaq həlak olub, azı 19 nəfər yaralanıb.

Bugün TV

Oxşar xəbərlər

Daha bir hərbçimiz düşmən minasının qurbanı oldu

Aynur Camal

Siyasi ekspert Ermənistanın ən böyük problemlərdən danışdı

Aynur Camal

340 təyyarə və 4 gəmi Əl-Arişdə Qəzza sakinlərinə humanitar yardım çatdırıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu