12 C
Baku
3 Noyabr 2025, 3:58
Digər

Rusiya ordusunun Xarkovda yaşayış məntəqəsinə raket zərbələri nəticəsində beş nəfər həlak oldu

Bugun.tv bu barədə Ukrayna Baş Prokurorluğunun “Telegram” kanalına istinadla xəbər verir. Prokurorluğun məlumatına görə, avqustun 17-də saat 22:50 radələrində rus qoşunları Xarkov sənaye məhəlləsinə raket zərbəsi endirib. Raket çoxmərtəbəli yaşayış binasının yaxınlığında düşüb və bu, 13 yaşlı qız da daxil olmaqla 11 mülki şəxsdə kəskin stres reaksiyasına səbəb olub. İlkin məlumata görə, “İskander” raketindən istifadə olunduğu müəyyən edilib. Ertəsi gün, avqustun 18-də səhər saat 5:00 radələrində beş pilotsuz uçuş aparatı həmin ərazidəki yaşayış binasına hücum edib. Zərbə nəticəsində döşəməarası tavanlar qismən uçub, 5 nəfər, o cümlədən 1,5 yaşlı uşaq həlak olub, azı 19 nəfər yaralanıb.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Gürcüstanın İmereti bölgəsində torpaq sürüşməsi yenidən aktivləşdi

İntizar Əmirova

Tarixi eksponatların oğurlandığı Luvr muzeyi bu gün bağlanacaq

Aynur Camal

Yücel Karauz: “Xocalı nə ilkdir, nə də son… “

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu