Moskva Rusiyanın Polşadakı səfirliyinin məktəbinin ələ keçirilməsinə çox sərt cavab verəcək.
Bugun.tv xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Rəsmi Varşava sərt cavablar alacaq. Başa düşdüyünüz kimi, bu addımlar agentliklər tərəfindən atılacaq və işlənəcək. Buna start verilib, bu onların seçimidir”, – diplomat söyləyib.
Qeyd edək ki, Polşa hakimiyyəti Rusiyanın Varşavadakı səfirliyinin məktəbinin binasını zorla ələ keçirməyə başlayıb. Müəllim heyətinə binanı boşaltmaları bildirilib.
Mənbə: TASS
