5 C
Baku
18 Fevral 2026, 7:28
Baş xəbərDünya

Rusiya Priqojinin maskalı fotolarını yayıb – FOTO

Bugun.tv xəbər verir ki, Rusiyada qiyam qaldıran muzdlu “Vaqner” şirkətinin qurucusu Yevgeni Priqojinin maskalanaraq fəaliyyət göstərdiyi bir çox ölkələrə getdiyi müəyyən edilib. Rusiya hökuməti Priqojinin parik kolleksiyasındakı və maskalı fotolarını paylaşıb.

Belə ki, günlər öncə Putinə yanlış məlumat verdiyini dediyi Rusiya ordusu komandanlığı və müdafiə naziri Sergey Şoyqunu hədəf alan Priqojin Moskvaya yürüş edib. Sonra o, Belarusa çəkilməyə razılaşdı və proses həll olundu.

Hadisələr baş verdiyi, yəni Priqojin olduğu Moskva və Sankt-Peterburq ofislərində axtarış aparılıb. Ofislərdə aparılan axtarışlar zamanı Priqojinə məxsus pariklər götürülüb.

Onun bu pariklərdən istifadə edərək Liviya, Suriya, Mali və Mərkəzi Afrika Respublikası kimi ölkələrə libasla getdiyi məlum olub.

Rusiya məxfi xidməti Vaqnerin prezidentinin maskalı foto və parik kolleksiyasını dərc edib.

 

Kəmalə Sultan

Oxşar xəbərlər

“Qadın ruhunun səssizliyi daxili gücün əsas mənbəyidir”

Aynur Camal

Məhəmməd Əsədullazadə: Tramp Zelenskini Rusiyaya güzəştə getməyə məcbur edir

Aynur Camal

Moskva yaxın vaxtlarda müharibə strategiyasını yenidən gözdən keçirə bilər – analitik proqnozu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu