9 C
Baku
21 Dekabr 2024, 20:06
Baş xəbərDünya

Rusiya Qara dənizdə mülki gəmini hədəf aldı: raketlə hücum etdi

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Qara dənizdə mülki gəmini hədəf aldığını açıqlayıb. Ukrayna lideri Misirə getmək üzrə olan buğda yüklü yük gəmisinin Rusiya tərəfindən raketlə hücuma məruz qaldığını bildirib. Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabından verdiyi açıqlamada Rusiyanın Qara dənizdə mülki gəmini hədəf aldığını iddia edib. Zelenski paylaşımında, “Rus raketi Misirə gedən buğda yükünü vurdu. Bu gün Qara dənizdə həyata keçirilən hücumda adi mülki gəmi Ukrayna ərazi sularını tərk etdikdən dərhal sonra hədəfə alınıb. İlkin təsbitlərə görə, itki qeydə alınmayıb” deyib.

Ukraynanın qlobal miqyasda ərzaq təhlükəsizliyinə töhfə verən ölkələrdən biri olduğuna diqqət çəkən Zelenski, “Dünyada onlarla ölkənin daxili sabitliyi və dolanışıqları qida ixracı dəhlizlərinin normal və problemsiz işləməsindən asılıdır” deyib.

Zelenski limanlarını, Qara dənizi və qlobal bazara ərzaq tədarükünü qorumaq üçün əllərindən gələni etməyə davam edəcəklərini bildirib və davam edib:

“Həyatların qorunması Ukrayna üçün əsl prioritetdir və bu, hər bir ölkə üçün prioritet olmalıdır. Biz dünyanın reaksiyasını gözləyirik. Buğda və ərzaq təhlükəsizliyi heç vaxt raketlərin hədəfi olmamalıdır”.

Prezident Zelenski başqa bir yazısında da bu gün Rusiyanın Donetsk vilayətində Beynəlxalq Qızıl Xaç Komitəsinin humanitar missiyasına məxsus avtomobillərə hücum edildiyini və hücumda 3 nəfərin həyatını itirdiyini bildirib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Aİ Rusiyanın dondurulmuş aktivlərini Ukraynaya köçürür

Aynur Camal

Aİ Facebook və Instagram-da “uşaq təhlükəsizliyi” araşdırmasına başlayıb

Aynur Camal

Həm havanı təmizləyən, həm də elektrik enerjisi istehsal edən süni zavod

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu