16 C
Baku
24 Oktyabr 2025, 0:00
Baş xəbərDünya

Rusiya raketinin Lvovda mənzili vurması nəticəsində 4 nəfər öldü

Bugun.tv xəbər verir ki, Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib ki, Rusiya raketinin Lvov şəhərində mənzili vurması nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

Klimenko hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyinə diqqət çəkib. “Səhər saat 07:00-a olan məlumata görə, 4 nəfər ölüb, 9 nəfər yaralanıb, 7 nəfər xilas edilib, 64 nəfər təxliyə olunub”.

Nazir Klimenko bildirib ki, dağıntılar altında insanlar var.

Ukrayna Baş Qərargahından verilən açıqlamada, Rusiyanın son 24 saat ərzində 5 pilotsuz uçuş aparatı (PUA) ilə Ukrayna ərazisinə hücum etdiyi və bütün hədəflərin müdafiə sistemləri ilə məhv edildiyi bildirilib.

Açıqlamada Rusiya ordusunun son sutka ərzində Ukrayna əsgərlərinin mövqelərinə və yaşayış məntəqələrinə 59 hava zərbəsi endirdiyi, çoxlüləli raket sistemlərindən 65 atəş açıldığı qeyd edilib.

Mənbə: TRT Haber

Könül Kərimova

Oxşar xəbərlər

Sənaye sahəsində yanğın oldu: 7 nəfər xəstəxanaya yerləşdirildi

Bugün TV

Güclü zəlzələ baş verdi.

Bugün TV

Güclü yağışdan sonra 39 ev təxliyə edildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu