Baş xəbərİqtisadiyyat

Rusiya rublu dəyər qazandı

Bugun.tv xəbər verir ki, Rusiya Mərkəzi Bankının qərarından sonra Rusiya rublu dəyər qazanıb. “TRT Haber”in məlumatına görə, Rusiya Mərkəzi Bankının növbədənkənar iclas keçirəcəyini açıqlamasından sonra dollar/rubl pariteti 96-ya düşüb. Həftənin ikinci ticarət gününün açılışında rubl dollar qarşısında təxminən 1 faiz bahalaşıb, dollar/rubl pariteti isə 96-ya düşüb. Dollar/rubl pariteti dünən 28 mart 2022-ci ildən bəri ilk dəfə olaraq 100 səviyyəsini keçib. Rusiya Mərkəzi Bankı rublun ucuzlaşması ilə əlaqədar bu gün faiz dərəcəsi ilə bağlı növbədənkənar iclas keçirəcəyini də açıqlayıb. Rusiya Mərkəzi Bankı rublun ucuzlaşmasında heç bir təhlükə görmür. Ekspertlər Rusiya Mərkəzi Bankının bugünkü iclasında uçot dərəcəsini 8,5 faizdən 10-a qaldıracağını gözləyirlər.

 

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Kəlbəcərdə yerləşən hərbi hissədə hüquqi maarifləndirmə məqsədilə monitorinq keçirildi

Aynur Camal

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan–Qırğızıstan arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu