4 C
Baku
14 Yanvar 2026, 21:16
Dünya

Rusiya Təhlükəsizlik Şurası: Tramp tələsməsə, Qrenlandiya referendumla Rusiyaya qoşula bilər

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı əldə etmək üçün sürətli addımlar atmayacağı təqdirdə, adada referendum keçirilərək Rusiyaya qoşulma qərarı verilə biləcəyini iddia edib.

Medvedev sosial şəbəkə hesabında ABŞ-nin Qrenlandiya ilə bağlı təşəbbüslərini şərh edərək bildirib ki, təsdiqlənməmiş məlumatlara görə, yaxın günlərdə qəfil referendum keçirilə bilər və təxminən 55 min əhalisi olan Qrenlandiyanın sakinləri Rusiyaya qoşulmağa səs verə bilərlər.

ABŞ Prezidenti Donald Tramp isə Qrenlandiya ilə bağlı açıqlamalarında adanı əldə etməyəcəkləri təqdirdə Rusiyanın və ya Çinin bunu edəcəyini bildirib. Onun sözlərinə görə, yalnız hərbi mövcudluq kifayət deyil, mülkiyyətə sahib olmaq vacibdir.

Tramp Çin və Rusiyaya məxsus sualtı qayıqların və digər hərbi gəmilərin Qrenlandiya ətrafında fəaliyyət göstərdiyini vurğulayaraq, buna imkan verməyəcəklərini və “bir şəkildə Qrenlandiyanı alacaqlarını” deyib. O, bu məsələnin NATO ölkələrinin birliyinə təsiri ilə bağlı suala isə ABŞ-yə ehtiyacın əks tərəfdən daha çox olduğunu bildirib.

Danimarkaya bağlı muxtar ərazi olan Qrenlandiya isə daha əvvəl ABŞ tərəfindən irəli sürülən və suverenliyin ötürülməsini nəzərdə tutan təklifləri rədd edib.

Mənbə: Trthaber.com

Aynur Camal

Oxşar xəbərlər

Dünyanın ən sağlam tərəvəzi hansıdır?

Aynur Camal

NASA-nın Mars Nümunə Qaytarma Missiyası Ləğv Edildi

Aynur Camal

Fermerlər Milli Assambleyanın qarşısına 30 ton kartof tökdülər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu