22 C
Baku
21 Sentyabr 2024, 9:55
Baş xəbərDünya

Rusiya taktikasını dəyişdi

Bugun.tv xəbər verir ki, hərbi analitiklər Rusiyanın Ukrayna müharibəsində yeni taktikadan istifadə etdiyini irəli sürərkən, CNN International Ukraynanın hava hücumundan müdafiəsinin sirrini açıb.

Yaxın vaxtlara qədər əksər hərbi analitiklər, hətta ABŞ müdafiə rəsmiləri də Ukraynanın hava hücumundan müdafiəsinə şübhə ilə yanaşırdılar. Lakin bu narahatlıqlar əsasında Ukrayna 84 raket hücumundan sağ çıxdı və üstəlik Rusiyanın “dayanılmaz” adlandırdığı Kinjal raketini məhv etdi.

Son zamanlar rus komandirlərini düşündürən böyük sual budur: Ukraynanın Hava Hücumundan Müdafiəsi necə oldu ki, birdən-birə belə keçilməz oldu?

ABŞ və Almaniyanın Ukraynaya verdiyi Patriot hava hücumundan müdafiə sistemi batareyalarıdır.

Patriot raketdən müdafiə sistemi ABŞ-da ən effektiv hava hücumundan müdafiə sistemi hesab olunur. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) məlumatına görə, Patriot raketləri yüksək və orta hündürlükdə uçan təyyarələri, qanadlı raketləri və bəzi ballistik raketləri vura bilir. Ukraynanın təsviri bir qədər şişirdilmiş ola bilər, çünki ABŞ rəsmiləri Patriot hava hücumundan müdafiə sisteminin böyük ehtimalla zədələndiyini düşünürlər.

Bu yaxınlarda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sızdırdığı sənədlərə görə, Kiyevin sursatları sürətlə tükənir.

Elə son günlər tez-tez səslənən iddialardan biridə budur ki, Moskvanın yeni taktikası və məqsədi Ukraynanın hərbi ehtiyatlarını tükəndirməkdir.

Mənbə: hurriyyət.tr

Aynur Camal

Oxşar xəbərlər

15 min manat oğurlayan saxlanıldı

Bugün TV

Rusiya XİN Paşinyanın KTMT ilə bağlı iddialarına cavab verdi

Kəmalə Sultan

Makron Fransa prezidenti vəzifəsindən istefa verməyəcəyini bildirib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu