14 C
Baku
22 Noyabr 2024, 3:46
Baş xəbərDünya

Rusiya tərəfindən girov götürülən Britaniya vətəndaşı öldü

Rusiyanın Ukraynada girov götürdüyü Böyük Britaniya vətəndaşı Pol Uri dünyasını dəyişib.

BuGün TV xəbər verir ki , bu barədə qondarma Donetsk Xalq Respublikasının ombudsmanı Darya Morozova bildirib.

Onun sözlərinə görə, P.Uri iyulun 10-dan xroniki xəstəlikdən ölüb.
Qeyd edək ki, Pol Uri hələ aprel ayında Ukraynanın Zaporojye vilayətinin nəzarət-buraxılış məntəqəsində saxlanılıb. O, işğal edilmiş ərazidən ailələrin təxliyəsinə yardım etməklə məşğul olurdu. Britaniya mətbuatının yazdığına görə, 45 yaşlı Uri orduya gedə bilməyib və humanitar sahədə çalışıb. Urinin anası onun diabet xəstəsi olduğunu və daim insulinə ehtiyacı olduğunu bildirib.
Rusiya tərəfi isə onu muzdlu hərbçi hesab edir.
Könül Kərimova

Oxşar xəbərlər

Aprelin 26-da gözlənilən hava şəraiti

Aynur Camal

Numan Kurtulmuş Bakıda səfərdədir

Bugün TV

Qəzzada Səhiyyə Nazirliyindən “beynəlxalq yardım” çağırışı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu