3 C
Baku
14 Dekabr 2025, 7:21
Baş xəbərDünya

Rusiya: “Ukrayna limanlarına gedən gəmilər potensial hərbi yükdaşıyıcı sayılacaq”

Bugun.tv xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu gecədən etibarən Ukrayna limanlarına gedən bütün gəmilərin potensial hərbi yükdaşıyıcı kimi qəbul ediləcəyini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada, taxıl müqaviləsinin sona çatdığı və Qara dənizdəki humanitar dəhlizlərin azaldıldığı bildirilib.

“20 iyul 2023-cü il saat 00.00-dan etibarən Qara dənizdən Ukrayna limanlarına gedən bütün gəmilər potensial hərbi yükdaşıyıcı kimi qəbul ediləcək. Müvafiq olaraq, bu cür gəmilərin olduğu ölkələr də Kiyev rejiminin tərəfində Ukrayna münaqişəsində iştirak etmiş hesab ediləcək. Qara dənizin şimal-qərb və cənub-şərqindəki beynəlxalq sularda bəzi ərazilər də naviqasiya üçün müvəqqəti təhlükəli elan olunub”Ş – bəyanatda bildirilib.

Bugün TV

Oxşar xəbərlər

Londonda Fələstinin səfirliyi açılır

Aynur Camal

Transların idman yarışlarında iştirakı qadağan edildi

Aynur Camal

5000 illik Misir Mavisi geri qayıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu