Dünya

“Rusiya–Ukrayna müharibəsinin diplomatik həlli real görünmür”

NATO müdafiə xərcləri, Rusiya-Ukrayna müharibəsi, Avropa təhlükəsizlik, büdcə artımı, müdafiə strategiyası

“Rusiya–Ukrayna müharibəsinin diplomatik yolla həlli hazırkı mərhələdə mümkün deyil. Mövcud danışıqlar prosesi nəticə vermir və tərəflər arasında ciddi irəliləyiş müşahidə olunmur”.

Bu barədə siyasi ekspert Məhəmməd Əsədullazadə sosial media hesabında paylaşım edib.

O bildirib ki, ABŞ prezidenti Donald Trampın müharibəni dayandırmaq istiqamətində irəli sürdüyü siyasi təşəbbüslər nəticəsiz qalır. Ekspertin fikrincə, bunun əsas səbəbi Trampın münaqişəyə təhlükəsizlik və beynəlxalq hüquq problemi kimi deyil, ərazi müharibəsi kimi yanaşmasıdır. Tramp hesab edir ki, Ukraynanın ərazi güzəştinə getməsi Rusiya prezidenti Vladimir Putini müharibəni dayandırmağa vadar edə bilər.

M. Əsədullazadənin sözlərinə görə, Kremlin planları Donbasla məhdudlaşmır. Rusiya Ukraynanı tam nəzarətə götürməyi, bununla da Şərqi Avropada geosiyasi mövqelərini gücləndirməyi və yeni təsir zonası formalaşdırmağı hədəfləyir. Bu səbəbdən aparılan danışıqlar nəticəsiz qalır.

Ekspert qeyd edib ki, Rusiya danışıqlarda səmimi deyil və bu prosesi əsasən vaxt qazanmaq və işğalı genişləndirmək üçün istifadə edir. Onun fikrincə, Donald Tramp və Vladimir Putinin siyasi baxışlarında oxşarlıqlar mövcuddur və hər iki lider güc yolu ilə sərhədlərin dəyişdirilməsini mümkün və legitim hesab edir. Trampın Danimarkaya məxsus Qrenlandiya ilə bağlı mövqeyi də bu yanaşmanın nümunəsi kimi göstərilir.

Paylaşımda vurğulanıb ki, Rusiya prezidenti indiyədək bütün danışıqlar proseslərini və əldə olunmuş razılaşmaları pozub. ABŞ və Ukrayna arasında razılaşdırıldığı bildirilən 20 bəndlik sülh planının pozulması və Rusiyanın bunu Ukraynanın hücumu kimi təqdim etməsi danışıqları tam dalana dirəyib.

M. Əsədullazadə əlavə edib ki, Tramp Putinin təkliflərini real və məqbul kimi qəbul edir və bu yanaşma Ankoric görüşündə Donbasın Rusiyaya verilməsinə razılıqla nəticələnib.

Ekspertin proqnozuna görə, 2026-cı ildə də müharibənin davam etməsi ehtimalı yüksəkdir. O bildirib ki, ABŞ-ın mövcud siyasəti dəyişməzsə, heç bir real irəliləyiş olmayacaq. Müharibənin bitməsi və Rusiyanın cəbhə xəttində məğlubiyyətə uğraması üçün ABŞ-ın Ukraynaya hücum xarakterli silahlar verməsi vacibdir.

Sonda qeyd olunub ki, Ukrayna indiyədək demək olar bütün siyasi güzəştlərə gedib, yalnız ərazi güzəşti istisna olmaqla. Ərazi güzəştinə razılıq verilməsi isə Qərbin Rusiya qarşısında strateji məğlubiyyəti kimi dəyərləndirilir və bu halda Rusiya həm hərbi, həm də siyasi baxımdan qalib tərəf olacaq.

Aynur Camal

Oxşar xəbərlər

Donald Trump: “İranın uranini ələ keçirmək üçün əməliyyat mümkündür”

Aynur Camal

İsrail Ordusu Lübnanlılara: “Hizbullah-a qarşı çıxın” çağırışı

Aynur Camal

İran Parlamentinin Sədri: “Tramp və Netanyahu xəyallarını irəlilətmək üçün ABŞ əsgərlərini qurban verir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu