23 C
Baku
9 İyun 2025, 23:14
Baş xəbərDünya

Rusiya Ukrayna sərhədində təhlükəsizlik tədbirləri görür

Bugun.tv xəbər verir ki, Rusiya dövləti ilə “Vaqner” təhlükəsizlik şirkəti arasında yaşanan böhran səbəbilə Ukrayna sərhədinə yaxın Rusiya bölgələrində təhlükəsizlik tədbirləri görülüb.

Moskva meri Sergey Sobyanin özünün “Telegram” kanalında terrorla mübarizə çərçivəsində paytaxtda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.

Rostov vilayətinin qubernatoru Vasiliy Qolubev də mövcud vəziyyətlə əlaqədar təhlükəsizliyin qorunması üçün lazımi tədbirlərin görüldüyünü bildirib. “Vətəndaşları şəhər mərkəzinə getməməyə və evdə qalmağa çağırıram”, – deyib.

Lipetsk vilayətinin qubernatoru İqor Artamanov bölgədə tədbirlərin daha da artırıldığını vurğulayıb. “Əhəmiyyətli infrastruktur obyektlərinə xüsusi diqqət yetiriləcək. Həmçinin sakinlərə cənuba, xüsusilə Voronej vilayətinə getməməyi tövsiyə edirəm”, – o əlavə edib.

Voronej administrasiyasından verilən açıqlamada, hərbi maşın karvanlarının M4 federal magistral yolu ilə hərəkət etdiyi, buna görə də mülki şəxslərdən bu yolla gediş-gəlişi məhdudlaşdırması istənilib.

Vaqnerin yaradıcısı Yevgeni Priqojin Moskva şossesində vertolyotun Vaqner tərəfindən vurulduğunu iddia edib.

“Bir daha hamını xəbərdar edirəm. Hədəfimiz var. Hamımız ölməyə hazırıq. Çünki vətən və rus xalqı üçün ölürük. Rus xalqını dinc əhaliyə atəş açanlardan xilas etmək lazımdır. Rostovda mülki şəxsləri, sadəcə olaraq, helikopterlərdən atəşə tutublar. Pilotlardan biri atəş əmrinə tabe olmayıb”.

Priqojin rus ordusunu Vaqnerə hücum etməkdə günahlanıb və qisas alacağı ilə hədələyib

Bu vəziyyətlə əlaqədar Federal Təhlükəsizlik Xidməti (FSB) silahlı iğtişaş maddəsi ilə cinayət işi açıb.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Vaqnerin düşərgələrinə hücum etdiyinə dair iddialar təkzib edilib.

Mənbə: TRT Haber

 

Nigar Məmmədova

Oxşar xəbərlər

İşğal rejiminin reputasiyasını qorumaq üçün ABŞ-dan turlar!

Kəmalə Sultan

Moskvada kritik görüş: Rusiya lideri Vladimir Putin və Suriya lideri Bəşər Əsəd görüşüb

Aynur Camal

Prezidentin tapşırığı ilə FHN-in xilasetmə qrupu Türkiyəyə göndərilir

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu