Dünya

Rusiya Ukraynada hərbi sənaye obyektlərini və təxribat qruplarının təlim mərkəzlərini vurdu!

Bugun.tv xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hərbi sənaye obyektlərini və diversiya qruplarının təlim mərkəzlərini uzaqmənzilli raketlərlə vurduqlarını bildirib.

Nazirlik Rusiya ordusunun Ukraynadakı hədəflərə qarşı həyata keçirdiyi hücumlarla bağlı açıqlama verib.

“Rusiya Silahlı Qüvvələri bu gecə Ukrayna ordusunun təxribat qruplarının hərbi sənaye obyektlərinə, elektron kəşfiyyat mərkəzlərinə və təlim mərkəzlərinə havadan atılan uzaqmənzilli yüksək dəqiqlikli raketlər və pilotsuz uçuş aparatları ilə qrup hücumu həyata keçirib”.

Açıqlamaya görə, hücumlar nəticəsində təyin olunmuş hədəflər məhv edilib.

Bugün TV

Oxşar xəbərlər

Rusiya Ukraynaya qarşı böyük dron hücumu həyata keçirdi: ən azı 7 nəfər həlak oldu

Aynur Camal

Lübnan İran səfirini “arzuolunmaz şəxs” elan edib

Aynur Camal

İran və Çin xarici işlər nazirləri görüşüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu